Lindon Conson (LYNDON JOHNSON)

Ən yeni tarixdə prezidentlərin fəaliyyətinə həsr olunmuş ictimai rəy sorğularında Lindon Conson axırıncı yerlərdən birini tutur. Bunun bir çox səbəbləri var. Onun məhz populyar prezident Kennedinin öldürülməsindən sonra Ağ Evə sahib olması, tələbə tətillərinin kütləvi xarakter daşıması, irqi-ayrıseçkilik problemlərinin kəskinləşməsi, afro-ameri- kalıların vətəndaş hüquqları uğrunda mübariz, Nobel Sülh mükafatı laureatı M.L.Kinqin və gənclərin kumiri hesab edilən R.Kennedinin öldürülməsi onun prezidentliyinə kölgə salır. Bu baxımdan onun sosial-iqtisadi və vətəndaş haqları sahəsində əldə etdiyi nailiyyətlər demək olar ki, xa­tırlanmır.


Davamı →

Con Fitscerald Kennedi (JOHN F. KENNEDY)

C.F.Kennedinin prezidentliyi bir çox xüsusiyyətlərinə görə yenilik simvolu kimi təcəssüm edir. O, XX əsrdə do­ğulmuş ilk və ənənəvi qaydada seçilmiş ən gənc prezident kimi tarixə düşüb. Digər tərəfdən Kennedi Ağ Evin sahibi olmuş ilk katolik idi.

Con Fitscerald Kennedi 29 may 1917-ci ildə Massa­çusets ştatının Bruklin şəhərində anadan olub. Amerikada yaşamış ilk Kennedi 1848-ci ildə İrlandiyadan köçərək Bostonda məskunlaşıb. Gələcək prezidentin atası Cozef Kennedi dövrünün tanınmış ictimai-siyasi xadimi olmaqla yanaşı, həm də varlı biznesmen idi. Ailənin maddi çətinliyi olmadığı üçün Cozef doqquz övladının hər birinin nüfuzlu məktəblərdə təhsil alması qayğısına qalıb.


Davamı →

Duayt Eyzenhauer (DWIGHT D. ISENHOWER)

Birinci Dünya Müharibəsi istisna olmaqla, Birləşmiş Ştatların iştirakçısı olduğu bütün müharibələr ölkəyə yeni prezident verib. İstiqlaliyyət müharibəsi C.Vaşinqtonun, 1812-ci il müharibəsi E.Ceksonun, Meksika ilə aparılan müharibə Z.Teylorun, Vətəndaş müharibəsi U.Qrantın, İs­pan-Amerika müharibəsi T.Ruzveltin, nəhayət İkinci Dün­ya Müharibəsi Duayt Eyzenhauerin prezident seçilməsində önəmli rol oynayıb.


Davamı →

Harri S.Trumen (HARRY TRUMAN)

Fəaliyyəti qənaətbəxş hesab edilməyən prezidentlərdən biri də Harri Trumendir. 1951-ci il sorğularında onun fəaliyyətini amerikalıların yalnız 23 %-i dəstəkləmişlər. Bu məşhur Uoterqeyt qalmaqalı ərəfəsində reytinqi 24 % olan Niksondan da aşağı göstəricidir.

Harri Trumen 8 may 1884-cü ildə Missuri ştatının La­mar şəhərində anadan olub. Sonralar yazdığı memuarların- da Con Tayler nəsli ilə qohumluqları olduğunu göstərirdi. Fermer olan atası Con Trumen 1890-cı ildə İndependens şəhərinə köçür.


Davamı →

Herbert Klark Huver (HERBERT HOOVER)

ABŞ-ın 31-ci prezidenti Herbert K.Huver bəzi xüsusiyyətlərinə görə bütün sələflərindən fərqlənir. Hər şeydən əvvəl o, Missisipi çayından qərbdə doğulmuş ilk prezident idi. Digər tərəfdən Ağ Evədək maraqlı və qey­ri-adi həyat yolu keçən Huver heç bir seçkili orqan, və ya vəzifədə təmsil olunmamışdı.

Huver 10 avqust 1874-cü ildə Ayova ştatının Uest Branç şəhərində dünyaya gəlib. Dini təqiblərdən yaxa qurtarmaq istəyilə İsveçrədən qaçmağa məcbur olan əcdadları 1738­ci ildən Pensilvaniyada məskunlaşmışdılar.


Davamı →

Kalvin Kulic (CALVIN COOLIDGE)

Prezident Hardinqin qəfil vəfatından sonra vitse-prezi­dent Kalvin Kulic ölkənin ali vəzifəsinə sahib oldu. Yeni prezident 4 iyul 1872-ci ildə Vermontun Plimut Noç yaşa­yış məntəqəsində dünyaya gəlmişdi. Onun ingilis puritanı olan ulu babası Con Kulic 1630-cu ildə Uotertaunda (Mas­saçusets şt.) məskən salmışdı. Fermer, dükan və poçt sahibi, eyni zamanda dünyəvi hakim olan atası Con Kulic oğlunun təlim-tərbiyəsinə xüsusi diqqət yetirirdi.


Davamı →

Uorren Hardinq (WARREN G. HARDING)

Ohayodakı Bluminq-Qrouv qəsəbəsinin sakini Fibi Elizabet Hardinq ən azı bir arzusuna görə Amerikanın bü­tün analarına oxşayırdı. Öz oğlunu xoş günlərin birində Birləşmiş Ştatların prezidenti görmək onun müqəddəs ar­zusu idi. Yaşıdlarından heç bir üstünlüyü ilə fərqlənməyən balaca Uorrenin gələcəkdə prezident olması «Ameri­ka əfsanəsinin» yalnız əfsanə olmadığını sübut edir­di. Bu «əfsanə»yə görə sosial mənsubiyyətindən, maddi vəziyyətindən, təhsil aldığı məktəbin nüfuzundan asılı ol­mayaraq hər bir Amerika vətəndaşı prezidentlik iddiasında ola və bu arzusunu gerçəkləşdirə bilər.


Davamı →

Vudro Vilson (WOODROW WILSON)

Vudro Vilson Z.Teylordan sonra prezident olmuş ilk cənublu idi. Bunu yəqin ki, Cənub ştatlarının ölkə tarixində oynadığı faciəvi rolla izah etmək olar. ABŞ prezidentləri iyerarxiyasında Vilson Linkoln kimi böyük, eyni zamanda faciəvi prezident hesab edilir.

Vudro Vilson 28 dekabr 1856-cı ildə Virciniya ştatının Stenton şəhərində anadan olub. Şotland əsilli babası Ceyms Vilson 1807-ci ildə İrlandiyadan köçərək Filadelfiyada məskunlaşmışdı. Atası Cozef mükəmməl dini təhsil alsa da ailəsini çətinliklə dolandırırdı. Lakin gələcək prezident hələ uşaqkən ailənin maddi durumu, dayısı vəfat edərkən varidatını onlara vəsiyyət etməsi səbəbindən əhəmiyyətli dərəcədə yaxşılaşır.


Davamı →

Uilyam H.Taft (WILLIAM H. TAFT)

ABŞ-ın 27-ci prezidenti olmuş Uilyam Houard Taft 15 sentyabr 1857-ci ildə Ohayo ştatının Sinsinnati şəhərində varlı vəkil Alfonso Taftın ailəsində dünyaya gəlmişdir. Taftlar hələ 1678-ci ildə Amerikaya köçmüş ilk mühacirlərdən idi və bu sülalədən iri torpaq sahibləri, vəkillər, dövlət xadimləri çıxmışdı. Balaca Uilyam ibtidai təhsilini doğma şəhərində aldıqdan sonra Yel Kollecində oxuyur. 1878-ci ildə Kolleci bitirərək Sinsinnati hüquq məktəbində təhsilini davam etdirir.


Davamı →

Teodor Ruzvelt (THEODORE ROOSEVELT)

Bəzən Teodor Ruzvelti müasir Amerikanın simvolu hesab edirlər. O, Mak-Kinli öldürüldükdən sonra Ağ Evin sahibi olmaqla ən gənc prezident kimi tarixə düşmüşdür. ABŞ-ın inkişaf edərək dünyanın qüdrətli, hegemon dövlətinə çevrilməsində misilsiz xidmətləri olub. Ruzvelt prezidentlik institutunun konstitusional imkanlarından ar­dıcıl istifadə edərək islahatlar vasitəsilə ABŞ siyasi sistemi­ni XX əsrin tələblərinə uyğun qurmuşdur.


Davamı →